10 Avqust 00:17
320
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstanın "Ferentsvaroş" klubunun prezidenti Qabor Kubatov evdə "Qarabağ"a 1:3 hesabı ilə məğlub olduqları UEFA Çempionlar Liqasının cavab oyunu ilə bağlı fikirlərini bölüşüb.

Teleqraf.com-un məlumatına görə, şəxsi feysbuk səhifəsində post paylaşan funksioner "köhlən atlar"ın Budapeşt təmsilçisindən güclü olduğunu etiraf edib.

"Bu gün bizdən daha yaxşı komandaya uduzduq. Gələn həftə inkişaf etməyə çalışacağıq. Həmişə mübarizə apar, heç vaxt təslim olma!", deyə Kubatov sosial şəbəkə hesabında yazıb.


Müəllif: Teleqraf.com