20 Avqust 2022 17:45
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə nəhəngi "Qalatasaray" Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Toral Bayramovu transfer etmək istəyir.

Teleqraf.com Türkiyənin Doğan Xəbər Agentliyinə istinadən xəbər verir ki, 21 yaşlı sol cinah müdafiəçisi üçün İstanbul klubu futbolçunun meneceri ilə danışıqlara başlayıb.

Həmçinin, Türkiyə Super Liqasından "Kayserispor" və I diviziondan "Eyüpspor"un da bu futbolçu ilə maraqlandığı bildirilir. Xəbərdə Azərbaycan millisinin və "Qarabağ"ın digər futbolçusu Qara Qarayevin də Bayramovla birgə türk klublarının radarında olduğu vurğulanıb.

Qeyd edək ki, Toral Bayramov ötən mövsüm 36 matçda "Qarabağ"ın formasını geyinib. O, 1 qol və 5 məhsuldar ötürmə müəllifi olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər