3 Sentyabr 2022 20:49
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın paracüdo üzrə milli komandasının üzvü İlham Zəkiyev Avropa çempionatının qalibi olub.

Teleqraf.com xəbər verir ki. İtaliyanın Kalyari şəhərində keçirilən çempionatda o bütün rəqiblərinə qalib gələrək çempionatın qızıl medalını qazanıb. Beləliklə, 42 yaşlı ikiqat Olimpiya və ikiqat dünya çempionu İlham Zəkiyev 8-ci dəfə Avropanın ən güclüsü olub.

Azərbaycan millisinin digər üzvləri Zakir Mislimov, Xatirə İsmiyeva və Dürsədəf Kərimova isə bürünc medala sahib olublar.

Qeyd edək ki, millimiz 1 qızıl və 5 bürünc olmaqla Avropa çempionatını ümumilikdə 6 medalla tamamlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər