20 Sentyabr 2022 21:02
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

2023-cü ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisinin tarixi dəqiqləşib.

Teleqraf.com Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmi saytına istinadla xəbər verir ki, yarış yeni mövsümün ilkin təqvimində planlaşdırıldığı kimi 28 - 30 apreldə baş tutacaq.

Daha əvvəl 2018-ci və 2019-cu il Qran-priləri həmin tarixə təsadüf edib. Azərbaycanda 2017-ci ildən təşkil olunan yarışın digər mərhələləri isə iyunda keçirilib.

Qeyd edək ki, Bakı trasındakı son Qran-pri bu il 10 - 12 iyunda gerçəkləşib. Yarışın qalibi "Red Bull"dan Maks Ferstappen olub.


Müəllif: Tapdıq Qurbanlı