“Qara Qarayev buraya gəlməməsinin səbəbini yaxşı bilir. Ola bilər ki, bilmədiyini desin, amma bildiyinə əminəm”.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi “Qarabağın” oyunçusu Qara Qarayevin yığmaya çağırılmamasına münasibət bildirib.
Qeyd edək ki, sentyabrın 22-də Trnava şəhərində Slovakiyanın qonağı olacaq Azərbaycan millisi 3 gün sonra Bakıda Qazaxıstanı qəbul edəcək.