Lüksemburqda Avropa Həndbol Federasiyasının 16-cı konfransı və 15-ci konqresi keçirilir.
Teleqraf.com xəbər verir ki, üç gün davam edəcək toplantıda Avropada qadın həndbolunun hazırki vəziyyəti, iştirakçı federasiyaların sayının artırılması, çimərlik həndbolunun inkişaf perspektivləri və digər məsələlər müzakirə olunur.
Tədbir çərçivəsində həm də Avropa Həndbol Federasiyasının İcraiyyə Komitəsinin iclası da keçirilib. İclasda 2005-ci il təvəllüdlü qızlar arasında Avropa çempionatının 2023-cü ildə Bakıda keçirilməsi ilə bağlı qərar qəbul olunub.