Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində ən çox top qazanan komandaların siyahısında yer alıb.
Teleqraf.com-un məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu milli 6 görüşdə 248 dəfə buna müvəffəq olub.
Komanda bu göstəriciyə görə 4-cü pillədə qərarlaşıb. Fransa (260) 1-ci, Avstriya (257) 2-ci, Danimarka (251) isə 3-cüdür. İlk "5-liy"i Moldova (245) qapayır.
Qeyd edək ki, Azərbaycan yığması ötən gün qrup mərhələsinin sonuncu turunda Bakıda Qazaxıstan seçməsini 3 cavabsız qolla məğlub edib.