5 Oktyabr 2022 17:41
485
12 Punto 14 Punto 16 Punto 18 Punto

FIFA Azərbaycan millisinin futbolçusu Namiq Ələskərova görə Türkiyənin "Bursaspor" komandasına transfer qadağası qoyub.

Teleqraf.com xəbər verir ki, buna klubun müqavilə şərtlərini yerinə yetirməməsi və oyunçuya olan borcunu tam ödəməməsi səbəb olub.

Qərara əsasən, "Bursaspor" qarşıdakı iki transfer dönəmində heyətinə yeni futbolçu qata bilməyəcək.

Ali futbol qurumu klubu xorvatiyalı futbolçu Luka Tsapanın şikayəti əsasında cərimələyib. Ələskərov və Tsapanla yanaşı, Tim Matavj və Regi Ofosunun müqaviləsindəki öhdəlikləri də yerinə yetirməyib.

Qeyd edək ki, Namik Ələskərov 2021/2022 mövsümündə Türkiyə klubunun formasını geyinib. Komanda II liqaya düşdükdən sonra futbolçu azad agent kimi "Sabah"a keçib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər