Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.
Teleqraf.com-un məlumatına görə, "Qarabağ" Qəbələdə eyniadlı komandanın qonağı olub. Görüş "köhlən atlar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 58-ci dəqiqədə Filip Ozobiç vurub.
27-ci dəqiqədə Ağdam klubundan Leandro Andrade zədələnərək yerini İsmayıl İbrahimliyə verib. 43-cü dəqiqədə isə "qırmızı-qaralar"dan İlkin Qırtımov birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
Beləliklə, 8 oyundan maksimum xal toplayan "Qarabağ" turnir cədvəlinə başçılıq edir. 9 turdan sonra 15 xalı olan "Qəbələ" isə 5-ci sırada qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" evdə "Şamaxı"nı, "Səbail" "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib, "Neftçi" isə "Turan Tovuz"la qolsuz heç-heçəyə razılaşıb. Tura bu gün keçiriləcək "Sabah" - "Kəpəz" və "Qəbələ" - "Qarabağ" oyunları ilə yekun vurulacaq.