"Şalke" futbol üzrə Almaniya Bundesliqasında antirekordu təkrarlayıb.
Teleqraf.com xəbər verir ki, komanda XIII turda "Verder"ə 1:2 hesabı ilə uduzub.
Gelzenkirhen təmsilçisi ardıcıl 35-ci səfər qarşılaşmasında qalib gələ bilməyib. Daha əvvəl 1976 - 1981-ci illərdə "Karlsrue" eyni uğursuzluqla üzləşib.
Qeyd edək ki, "Şalke" Bundesliqada 6 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.