Bu gün DÇ-2022-nin C qrupunda I tura yekun vurulub.
Teleqraf.com xəbər verir ki, turnirin üçüncü oyun günündə Meksika və Polşa milliləri üz-üzə gəlib.
Şimali amerikalılar mundialların daimi iştirakçılarından biri hesab olunsa da avropalılarla qolsuz heç-heçəyə razılaşıb.
Komandaların mundiallardakı yeganə dueli 44 il əvvələ təsadüf edib. 1978-ci ildə baş tutan matçda polşalılar 3:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, qrupun bu gün baş tutan ilk oyununda Səudiyyə Ərəbistanı yığması Argentinanı 2:1 hesabı ilə məğlub edib.