26 Noyabr 2022 09:57
414
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətərdə təşkil olunan dünya çempionatında bu gün daha 4 oyun keçiriləcək.

Teleqraf.com xəbər verir ki, C və D qruplarında II turun qarşılaşmaları baş tutacaq.

Günün ilk matçı D qrupuna təsadüf edəcək. Bakı vaxtı ilə saat 14:00-da başlayacaq görüşdə Tunis millisi Avstraliyanı sınağa çəkəcək. Bu qrupun digər oyununda isə Fransa və Danimarka yığmaları üz-üzə gələcək.

C qrupunda isə II tura Polşa - Səudiyyə Ərəbistanı matçı ilə start veriləcək. Digər qarşılaşmada isə ilk turda gözlənilmədən uduzan Argentina yığması Meksika ilə münasibətlərinə aydınlıq gətirəcək.

DÇ-2022

Qrup məhələsi, II tur

C qrupu

17:00. Polşa - Səudiyyə Ərəbistanı

Baş hakim: Vilton Sampayo (Braziliya)

"Edyukeyşn Siti" stadionu

23:00. Argentina - Meksika

Baş hakim: Daniele Orsato (İtaliya)

"Lusail" stadionu

Xal durumu: Səudiyyə Ərəbistanı - 3, Polşa - 1, Meksika - 1, Argentina - 0

D qrupu

14:00. Tunis - Avstraliya

Baş hakim: Daniel Zibert (Almaniya)

"Əl-Canub" stadionu

20:00. Fransa - Danimarka

Baş hakim: Şimon Marçinyak (Polşa)

"Stadium 974"

Xal durumu: Fransa - 3, Danimarka- 1, Tunis - 1, Avstraliya - 0.


Müəllif: Teleqraf.com