26 Noyabr 2022 16:06
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətərdə keçirilən dünya çempionatının D qrupunda II tura start verilib.

Teleqraf.com xəbər verir ki, turun ilk matçında Tunis və Avstraliya yığmaları qarşılaşıblar.

Görüş avstraliyalıların minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 23-cü dəqiqədə Mitçell Dyuk vurub.

İlk qələbəsini qazanan Avstraliya yığması 3 xalla 2-ci pilləyə yüksəlib. 1 xalı olan Tunis isə sonuncu sırada qərarlaşıb.

Qeyd edək ki, qrupun digər oyununda Fransa seçməsi Danimarkanı sınağa çəkəcək.

***

14:29

Qətərdə keçirilən dünya çempionatında Tunis və Avstraliya yığmaları D qrupunun II tur oyununda hesab açılıb.

Teleqraf.com xəbər verir ki, 23-cü dəqiqədə fərqlənən Mitçell Dyuk avstraliyalıları önə keçirib.

Oyunu burdan izləyə bilərsiniz.

***

14:02

Qətərdə keçirilən dünya çempionatında Tunis və Avstraliya yığmaları D qrupunun II tur oyunu başlayıb.

Teleqraf.com xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürüb.

***

13:21

Qətərdə keçirilən dünya çempionatının D qrupunun II turunda üz-üzə gələcək Tunis və Avstraliya yığmalarının start heyətləri bəlli olub.

Teleqraf.com xəbər verir ki, komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaqlar.

Tunis: Aymen Dahmen, Montassar Talbi, Yassin Meria, Dilan Bronn, Yussef Msakni (k), 9. İssam Cebali, Aysa Layduni, Elyess Sxiri, Məhəmməd Drager, Ali Abdi, Naim Sliti

Avstraliya: Metyu Rayan (K), Aziz Behiç, Mitçell Dyuk, Kreyq Qudvin, Cekson İrvin, Mettyu Leki, Rayli Makqri, Aaron Muy, Kay Rouls, Harri Suttar, Fran Karaçiç

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.


Müəllif: Teleqraf.com