“Neftçi” klubunun Müşahidə Şurasının iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, iclasda bir sıra mühüm qərarlar alınıb, heyətdə dəyişiklik edilib.
Dəyişikliyə əsasən, yazıçı Çingiz Abdullayev klubun müşahidə Şurasından göndərilib. Onun yerinə Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf gəlib.
Həmçinin Müşahidə Şurasına elm və təhsil naziri Emin Əmrullayev, Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-polkovnik Orxan Sultanov, Elnarə Məmmədova, Hafiz Zeynalov, Zaur Qəhrəmanov, Səməd Qurbanov üzv seçilib.