Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki qəzaya düşüb.
Publika.az-ın əldə etdiyi məlumata görə, bu gün Azərbaycan Permyer Liqasının 17-ci turu çərçivəsində keçirilən "Bakı" - AZAL matçını izləməyə gedərkən Biləcəridə xoşagəlməz hadisə ilə üzləşib.
AFFA-dan da bu məlumatı təsdiqlədilər.
Xoşbəxtlikdən, 45 yaşlı çalışdırıcının olduğu avtomobilə ciddi ziyan dəyməyib. Xorvatiyalı gec də olsa, özünü oyuna yetirib.