21 Fevral 2023 09:52
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək.

Teleqraf.com xəbər verir ki, gecənin ən maraqlı görüşü İngiltərədə baş tutacaq.

Burada ötən mövsümün finalçıları “Liverpul” və Madrid “Real”ı üz-üzə gələcək.

Günün digər qarşılaşması isə İtaliya A Seriyasında möhtəşəm mövsüm keçirən “Napoli” ilə Frankfurtda “Ayntraxt”ı arasında olacaq.

UEFA Çempionlar Liqası
1/8 final
21 fevral

00:00. Ayntraxt (Almaniya) – Napoli (İtaliya)
Baş hakim: Soares Dias (Portuqaliya).
Frankfurt. “Doyçe Bank Park”.

00:00. Liverpul (İngiltərə) – Real (İspaniya)
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Liverpul. “Enfild” stadionu.


Müəllif: Teleqraf.com