İspaniya La Liqasının XXIII turunda “Almeriya” “Barselona”nı qəbul edib.
Teleqraf.com xəbər verir ki, oyunun taleyini bir qol həll edib.
Meydan sahibləri Bilal Turenin 24-cü dəqiqədə vurduğu qolla “Barselona”nı məğlub yola salıblar.
Bu nəticə ilə xallarının sayını 25-ə yüksəldən “Almeriya” turnir cədvəlində 15-ci pilləyə yüksəlib. “Barselona” isə 59 xalla liderliyini davam etdirir.