23 Mart 2023 15:01
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ” və “Qalatasaray” klubları arasında keçiriləcək xeyriyyə oyununu yayımlayacaq kanallar bəlli olub.

Teleqraf.com xəbər verir ki, martın 26-da baş tutacaq matç Türkiyədə “Haber Global” vasitəsilə nümayiş etdiriləcək. Azərbaycanda isə matçın yayımçısı “CBC Sport” kanalı olacaq.

Görüş Bakı Olimpiya Stadionunda saat 20:00-da start götürəcək.

Xeyriyyə oyununda əldə ediləcək gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.


Müəllif: Teleqraf.com