27 Mart 2023 00:13
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin “Qalatasaray” klubunun baş məşqçisi Okan Buruk Bakıda “Qarabağ”a qarşı keçirdikləri xeyriyyə oyunundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, matçı belə şərh edib:

“Bu stadionda azərbaycanlı qardaşlarımızla olduğumuz üçün sevincliyik. Dünən möhtəşəm şəkildə qarşılandıq. Özümüzü evdəki kimi hiss etdik. Matçın məramı zəlzələdən əziyyət çəkənlərə yardım etmək idi. Digər məsələ də iki ölkənin qardaşlığı idi. Buradakı “Qalatasaray” azarkeşləri ilə görüşdük. Əla qarşılandıq. “Qarabağ”a, bu gün tribunalarda olan azarkeşlərə təşəkkür edirəm. Gözəlk futbol gecəsi yaşadıq. Oyunu dəyərləndirsəm, matçın əvvəlindən sona qədər “Qarabağ”ı daha oyunun içində gördüm. Bəlli anlarda daha konsentrasiyalı olduq. Uzun müddət oynamayan futbolçular meydanda idi. Bunlar da təsir etdi. Qələbə qazandıq. Buna görə xoşbəxtik. Amma ən çox burada olduğumuza görə sevinirik”.

49 yaşlı mütəxəssis bundan sonra da ölkəmizə gələcəklərini söyləyib:

“Bu gün başlanğıc oldu. “Qarabağ”la dostluğumuz davam edəcək. Biz də gələcəyik, onlar da qonağımız olacaq. Dünən gec vaxtda gəldik. Bu çətinliklər bizə mane olmadı. Bu gün nəticəni düşünmədik. Birliyimizi, qardaşlığımızı göstərmək üçün burada idik. Bunun davam etməsini istəyirik. Belə möhtəşəm ab-havanı hər yerdə tapmaq olmur. Çox da yaxşı komandaya qarşı oynadıq”.

O.Buruk “Qarabağ”da hansı oyunçuların diqqətini çəkdiyi ilə bağlı sualları belə cavablandırıb:

“Ümumi olaraq çox yaxşı komandadır. Bir çox oyunçuları millidə idi. Bu gün önə çıxan futbolçular oldu. Komanda şəklində çox bəyəndim. Yaxşı baş məşqçiləri var. Digər komandalardan da oyunçular cəlb etmişdilər. Ümumən, komanda şəklində çox hazır idilər. Avrokubok oyunu keçirirmiş kimi idilər”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər