UEFA prezidenti Mişel Platini bəyan edib ki, FIFA rəhbəri postuna namizədliyini vermək fikrindən daşınıb.
Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, M.Platini bunu UEFA-ya olan sevgisi və bu qurumu daha güclü etmək istəyi ilə əlaqələndirib.
Qeyd edək ki, Fransanın keçmiş əfsanəvi futbolçusu M.Platini UEFA prezidentliyinə yeganə namizəddir. O, 2007-ci ildən UEFA-ya rəhbərlik edir. Prezident seçkiləri 2015-ci il martın 24-də Vyanada keçiriləcək.
Həmin ilin mayında isə FIFA prezidentliyinə seçkilər təşkil olunacaq.