8 Aprel 2023 22:28
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Fransanın Tiye şəhərində keçirilən 34-cü beynəlxalq Qran Pridə gümüş medal əldə edib.

Teleqraf.com xəbər verir ki, 22 yaşlı idmançı çoxnövçülük proqramında fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Qeyd edək ki, turnirdə Zöhrə Ağamirova ilə yanaşı, böyüklərdən ibarət qrup hərəkətləri üzrə yığmanın üzvləri - Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina da mübarizə aparırlar.

Qran Priyə aprelin 10-da yekun vurulacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər