Azərbaycan Basketbol Liqasında XXVI tura yekun vurulub.
Teleqraf.com xəbər verir ki, bağlanış oyununda "Zirvə Astara" "Olimpik Şəki"ni qəbul edib. Astara Olimpiya İdman Kompleksində keçirilən meydan sahiblərinin 92:82 hesablı qələbəsi ilə yekunlaşıb.
Ən məhsuldar basketbolçular "Zirvə Astara"dan Cerret Henderson (26 xal, 14 ribaund), "Olimpik Şəki"dən isə Larri Robinson (27 xal, 9 asist) olublar.
Qeyd edək ki, 26 turdan sonra "Zirvə Astara" 32 xalla 7-ci, "Olimpik Şəki" isə 28 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.