15 May 2023 15:08
1 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, toplantıda 2023/2024 mövsümündə avrokuboklarda və Azərbaycan Premyer Liqasında iştirak üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

UEFA-nın klub yarışlarına qatılmaq məqsədi ilə "Qarabağ", “Sabah”, "Neftçi", “Zirə” və "Qəbələ"yə lisenziya verilib. Əvəzində “Turan Tovuz” və “Səbail” eyni lisenziyanı ala bilməyiblər.

Premyer Liqada iştirak üçün isə “Turan Tovuz”, “Səbail”, “Sumqayıt”, “Kəpəz”, “Şamaxı" və I Diviziondan "Araz-Naxçıvan" ilə “Zaqatala” müvafiq lisenziyaya sahib çıxıblar.

Aşağı dəstənin digər təmsilçiləri olan “İmişli”, “Mingəçevir”, “MOİK” və “Qaradağ Lökbatan” müsbət cavab ala bilməyiblər.

Lisenziya iddiaçısı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.

Qeyd edək ki, “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan futbol klublarının lisenziyalaşdırılması və maliyyə dayanıqlığı üzrə qaydalar” (Buraxılış 2022), 14-cü maddəsinə müvafiq olaraq, 2023-2024 mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak üçün lisenziya almış hesab olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər