İtaliya Futbol Federasiyasının (FIGC) Federal Apellyasiya Məhkəməsi "Yuventus"un bu mövsüm İtaliya A Seriyasında (ölkə çempionatı) ölkə çempionatında 10 xalını silib.
Teleqraf.com xəbər verir ki, bubarədə FIGC-nin mətbuat xidmətindən bildirilib.
Yanvar ayında FIGC-nin Apellyasiya Məhkəməsi klubun maliyyə fırıldaqları ilə bağlı işinə yenidən baxıb. Nəticədə "Yuventus" İtaliya çempionatında 15 xaldan məhrum edilib, klubun keçmiş rəhbərləri isə müxtəlif müddətlərə futboldan uzaqlaşdırılıb. Turin klubu bu qərardan apellyasiya şikayəti verib. Aprel ayında İtaliyanın Ali İdman İdarəsi FIGC məhkəməsinə qərarı yenidən nəzərdən keçirməyi və yeni məhkəməyə qədər sanksiyaları ləğv etməyi əmr edib.
10 xalın silinməsindən sonra "Yuventus"un 59 xalı var və klub İtaliya çempionatının turnir cədvəlində ikinci pillədən yeddinci yerə düşüb.
“Yuventus”un keçmiş prezidenti Andrea Anyelli yanvarda 24 ay, klubun keçmiş vitse-prezidenti Pavel Nedved isə 8 ay müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılıb.