3 İyun 2023 15:03
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyasından növbəti dəfə təyinat alıb.

Teleqraf.com xəbər verir ki, o, kişi voleybolçular arasında "Qızıl Avropa Liqası"nda A qrupunda yer alan Türkiyə və Rumıniya yığmalarının qarşılaşmasını idarə edəcək.

Oyun iyunun 4-də Konya şəhərində keçiriləcək. Görüşdə ikinci hakim funksiyasını türkiyəli Burhan İlhan yerinə yetirəcək.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.


Müəllif: Teleqraf.com