“Qarabağ”ın bütün rəqiblərinin adına aydınlıq gəlib. Teleqraf.com-un məlumatına görə, bu haqda Qol.Az-a klubun meneceri Asif Əsgərov bildirib.
Ağdam təmsilçisi yanvarın 24-də Bolqarıstanın “Levski”, yanvarın 27-i Polşa çempionu, cari Avroliqanın 1/16 finalçısı “Legiya”, yanvarın 31-də isə hazırda Rumıniya çempionatında dördüncü olan “Tarqu Mureş” komandası ilə qarşılaşacaq.
Xatırladaq ki, bundan öncə yayılan rəsmi xəbərə görə, “Qarabağ” yanvarın 17-də Xorvatiyanın “Split”, yanvarın 21-də cari Avroliqanın qrup mərhələsinin iştirakçısı İsveçrənin “Sürix”, yanvarın 29-da isə “Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syominin çalışdırdığı Rusiyanın “Mordoviya” klubu ilə üz-üzə gələcək.