27 İyun 2023 20:21
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan boksçusu Sərxan Əliyev (71 kq) Polşada keçirilən III Avropa Oyunlarında ikinci qarşılaşmasına çıxıb.

Teleqraf.com xəbər verir ki, dünya çempionatının mükafatçısı səkkizdəbir finalda Gürcüstan təmsilçisi Eskerxan Madiyev ilə üz-üzə gəlib. Rəqibini 3:2 (27:29, 29:27, *28:28, *28:28, 27:29) hesabı ilə məğlub edən S.Əliyev dörddəbir finala vəsiqə qazanıb. O, dörddəbir final döyüşünə iyunun 28-də çıxacaq.

Xatırladaq ki, S.Əliyev ilk görüşdə slovakiyalı Mixal Takacsi mübarizədən kənarlaşdırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər