1 İyul 2023 20:23
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın iki sərbəst güləşçisi İspaniyanın Santyaqo de Kompostela şəhərində keçirilən U-20 Avropa çempionatında finala yüksəlib.

Teleqraf.com xəbər verir ki, 61 kq çəki dərəcəsində mübarizə aparan Ceyhun Allahverdiyev və 125 kq-da yarışan Yusif Dursunov həlledici görüşə vəsiqə qazanıblar.

Onlar yarımfinalda müvafiq olaraq ispaniyalı Mark Alvaresə (11:0) və ukraynalı Vladimir Koçanova (4:0) qalib gəliblər.

Finalda Allahverdiyev ermənistanlı Levik Mikayelyan, Dursunov isə türkiyəli Hakan Büyükccingillə qarşılaşacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər