Tanınmış tennisçilərdən biri oğurluğun qurbanına çevrilib. Belə ki, Belqradda məşhur tennisçi Novak Cokoviçin restoranında soyğunçuluq hadisəsi baş verib.
Teleqqraf.com-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, cinayətkarlar ventilyasiya sistemi vasitəsilə restorana daxil olduqdan sonra ofisin qapısını sındırıblar.
Onlar restorandan 7 min avro və müşahidə kamerasının görüntülərini götürüblər.
Qeyd edək ki, tennisçinin ailəsinin Belqradda iki restoranı var.