Yeniyetmələrdən ibarət milli komandamız nüfuzlu beynəlxalq futbol turnirində ardıcıl növbəti məğlubiyyətini yaşayıb.
FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə iştirak edən 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununu keçirib.
Teleqraf.com-un məlumatına görə, futbolçularımız ikinci qrup mərhələsinin H qrupunda Koreya Respublikası yığması ilə qarşılaşıblar.
Peterburqski İdman-Konsert Kompleksində keçirilən oyun koreyalıların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bundan əvvəl millimiz Sankt-Peterburq komandasına 2:4 hesabı ilə məğlub olmuşdu.