25 İyul 2023 10:45
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bosniya və Herseqovina klubu “Jelezniçar”la keçirəcəyi səfər oyununun biletləri bitib.

Teleqraf.com xəbər verir ki, “Qrbavitsa” stadionunda keçiriləcək görüş üçün bütün biletlər iki gün ərzində satılıb.

Bu isə o deməkdir ki, Sarayevodakı təxminən 13 000 tamaşaçı tutumuna malik arenada qarşılaşma zamanı anşlaq olacaq.

Qeyd edək ki, iyulun 27-də oynanılacaq matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər