Braziliyanın “Atletiko Mineyro” klubu məşhur fransız futbolçu Nikolya Anelka ilə müqaviləni birtərəfli qaydada pozub.
Teleqraf.com xəbər verir ki, “Vest Bromviç”dən qalmaqallı şəkildə ayrılan Anelka aprelin 4-də Braziliya klubu ilə müqavilə bağlamışdı. Ancaq ulduz futbolçu bu komandanın heyətində bir oyuna belə çıxmadan qovulub.
“Atletiko Mineyro”nun idman direktoru Edurad Malufa məsələni belə şərh edib: “Onun agentindən məktub aldıq. Məktubda qeyd olunurdu ki, hazırda Küveytdə olan Anelka klubun düşərgəsinə yalnız aprelin 19-da qoşula bilər. Biz hesab edirik ki, futbolçu bizi vaxtında məlumatlandırmalıydı. Bunu klubun prezidenti Aleşandr Kalilomla müzakirə etdik və qərara gəldik ki, “Atletiko Mineyro”nun dəyəri hər hansı bir futbolçunun dəyərindən qat-qat yüksəkdi. Elə ona görə də onunla müqaviləni birtərəfli qaydada ləğv etdik”.