Tarixdə ilk dəfə olaraq futbol üzrə dünya çempionatı üç qitədə keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytında məlumat verilib.
2030-cu ildə dünya çempionatı Uruqvay, Argentina, Paraqvay, Mərakeş, İspaniya və Portuqaliyada keçiriləcək. Qeyd olunur ki, turnirin qrup mərhələsinin açılış oyunları Uruqvay, Argentina və Paraqvayda baş tutacaq.
FİFA ilk turnirin 100 illiyi münasibətilə dünya çempionatının altı ölkədə keçirilməsinə qərar verdiyini bildirib.
Qeyd edək ki, ilk dünya çempionatı 1930-cu ildə Uruqvayda keçirilib.