1 Noyabr 2023 23:25
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliya millisinin futbolçusu Neymar DÇ-2026-nın seçmə mərhələsində Uruqvaya qarşı keçirdikləri oyunda aldığı zədə səbəbindən 10 ay meydanlardan uzaq qalacaq.

Teleqraf.com xəbər verir ki, 31 yaşlı hücumçu sabah dizindən əməliyyat olunacaq.

Əməliyyatın yaxşı keçəcəyi təqdirdə belə onun 2024-cü ilin sentyabrından əvvəl meydanlara qayıda bilməyəcəyi bildirilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının “Əl Hilal” klubuna 90 milyon avroya transfer olunan forvard yeni komandasında 5 matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər