Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.
Teleqraf.com xəbər verir ki, ötən gündən təxirə salınmış matçda "Turan Tovuz" "Araz-Naxçıvan"la üz-üzə gəlib.
Qarşılaşma Tovuz təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Saat 12:00-da başlayan görüş 81-ci dəqiqədən davam edib. 89-cu dəqiqədə isə Ayxan Quseynov fərqlənib.
Meydan sahibləri bu nəticədən sonra xallarının sayını 22-yə çatdırıb və "Sabah"la birlikdə 6-7-ci yerləri bölüşdürür. Naxçıvan klubu 26 xalla beşincidir.
Qeyd edək ki, matç ötən gün işıq dirəklərindən birinin aşması nəticəsində təxirə salınmışdı.