Bu gün Adrian Mutu ilə rəsmi şəkildə yollarını ayıran "Neftçi"nin yeni baş məşqçisi açıqlanıb. Bu vəzifəyə monteneqrolu mütəxəssis Miodraq Bojoviç təyin olunub.
Teleqraf.com yeni baş məşqçinin karyerası barədə məlumatı təqdim edir:
O, 1968-ci il iyunun 22-də Monteneqroda anadan olub. 13 illik futbolçu fəaliyyətindən sonra 2000-ci ildə məşqçiliyə başlayıb. Bojoviç futbolçu olduğu dönəmdə yalnız Yuqoslaviya kubokunu qazana bilib.
16 klubdan yolu keçən Bojoviç indiyə kimi məşqçi karyerasında (20 il) 2 titul qazanıb. “Rostov”la 2013/14 mövsümündə Rusiya kubokunu, “Srvena Zvezda” ilə Serbiya çempionluğunu (2015/16) əldə edib.
Serbiyada, İndoneziyada, Kiprdə, Niderlandda və Yaponiyada legioner həyatı yaşayıb.
55 yaşlı mütəxəssis “Neftçi”yə qədər “Arsenal” komandasına rəhbərlik edib.