29 Dekabr 2023 23:43
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Futbol Federasiyası rəhbəri Mehmet Büyükekşinin istefası gözlənilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri bildirib.

Məlumat üçün qeyd edək ki, bu gün Səudiyyə Ərəbistanında oynanılması planlanan Türkiyə Superkubokun finalı ləğv edilib.

Oyunun başlamasına bir müddət qalmış "Fenerbahçe" və "Galatasaray" futbol klubları Səudiyyə tərəfinin pankartlara icazə verməməsini əsas göstərərək oyuna çıxmamaq qərarı alıblar.

Klub rəsmilərinin açıqlamalarına görə, Mustafa Kamal Atatürkün "Yurtda sulh, cihanda sulh" sözləri yazılan pankart Səudiyyə rəsmiləri tərəfindən qəbul edilməyib.

Məlumat üçün qeyd edək ki, hər iki komanda heyəti standionu tərk edib.

Türkiyə Futbol Federasiyası, "Fenerbahçe" və "Galatasaray" futbol klubunun birgə açıqlaması gözlənilir


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər