UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Teleqraf.com xəbər verir ki, dörd oyunçunun yer aldığı siyahıda "Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubir də var.
O, Portuqaliyada "Braqa"ya 4:2 hesabı ilə qalib gəldikləri matçda 2 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Digər namizədlər İtaliyanın "Milan" komandasından Ruben Loftus-Çik, Türkiyə təmsilçisi "Qalatasaray"dan Mauro İkardi və Portuqaliyanın "Benfika" kollektivindən Anxel Di Mariyadır.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.