25 Fevral 20:36
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi başa çatıb.

Teleqraf.com xəbər verir ki, yarış Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzində təşkil olunub.

Turnirdə ölkənin şəhər və rayonlarının idman cəmiyyətləri, klubları və mərkəzlərini təmsil edən 150-dən çox gənc atlet iştirak edib.

Son yarış günündə 73, 81, 89, 96, 102 və +102 kq çəki dərəcələrində qaliblər müəyyənləşib.

Müvafiq olaraq 73 kq çəki dərəcəsində toplam 237 kq (107+130) nəticə ilə Akif Abdullayev, 81 kq çəkidə 235 kq-la (108+127) Nicat Babayev, 89 kq çəkidə 260 kq-la (120+140) Hüseyn Heydərov, 96 kq çəkidə 252 kq-la (115+137) Muhammədəli Məmmədzadə, 102 kq çəkidə 188 kq-la (83+105) Sultan Sultanov və +102 kq çəkidə 210 kq-la (90+120) Sadiq Əliquliyev qızıl medallara sahib çıxıblar.


Müəllif: Teleqraf.com