“Qəbələ” futbol klubu yarımmüdafiəçi Markinyoş Karioka ilə yollarını ayırıb. Klubdan Teleqraf.com-a bildiriblər ki, 2014-2015-ci il mövsümünün əvvəlindən “Qəbələ”nin formasını geyən futbolçu komandanın heyətində 13 oyun keçirib.
Ötən il avqustun 23-də Topaz Premyer Liqasının III turunda “Bakı” ilə oyunda (2:0) “Qəbələ”nin heyətində debüt edən M.Karioka çempionatda 12 oyunda 700 dəqiqə meydanda olub. O, bu müddətdə 1 qol və 1 sarı vərəqə ilə diqqəti cəlb edib. Futbolçu noyabrın 20-də XII tur çərçivəsində AZAL ilə oyunda (3:3) yeganə qolunu vurub.
Braziliyalı futbolçu 55 dəqiqə meydanda olduğu 1 kubok oyununda iştirak edib. Dekabrın 18-də “Sumqayıt”la səfərdə keçirilən qarşılaşma (1:1) isə Markinyoş Kariokanın “Qəbələ”nin heyətində son matçı olub.