5 Aprel 23:02
369
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Premyer Liqasında XXIX tura start verilib.

Teleqraf.com xəbər verir ki, açılış oyunu “Liv Bona Dea Arena”da keçirilib.

Günün yeganə matçında “Araz-Naxçıvan” “Kəpəz”i qəbul edib. Görüşdə hesabı ev sahibləri açıblar. 16-cı dəqiqədə Miço Kuzmanoviç fərqlənib. Lakin fasilədən sonra gəncəlilər geridönüş etməyi bacarıblar. Əvvəlcə 54-cü dəqiqədə Martins Junior adını tabloya yazdırıb. 8 dəqiqə sonra Mate Kvirkviya adını tabloya yazdırıb.

Beləliklə, səfərdə 2:1 hesablı qələbə qazanan “Kəpəz” elitada qalmaq yolunda davam bir önəmli addım atıb. Gəncəlilər xallarının sayını 30-a çatdıraraq, doqquzuncu pillədəki mövqelərini qoruyublar. “Araz-Naxçıvan” isə 32 xalla səkkizinci yerdə qalıb.

Qeyd edək ki, turun digər oyunları aprelin 6-7-də keçiriləcək.


Müəllif: Teleqraf.com