24 Aprel 21:12
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Liverpul” baş məşqçisi Yurgen Kloppu əvəz edəcək şəxsi açıqlayacaq.

Teleqraf.com xəbər verir ki, İngiltərə klubu “Feyenoord”un baş məşqçisi Arni Slot ilə razılıq əldə edib. Uzun müddətdir Ruben Amorimlə danışıqlar aparan “Liverpul” müsbət nəticə əldə edə bilmədiyindən Slotla yola davam etmək qərarına gəlib.

İngiltərə mediası tərəflərin ilkin danışıqları yekunlaşdırdığını və razılıq əldə olunduğunu bildirib.

Qeyd edək ki, Arni Slot 2022/23 mövsümündə “Feyenoord”la həm Niderland Liqasının, həm də Niderland Kubokunun qalibi olub.


Müəllif: Teleqraf.com