21 İyun 01:00
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun İspaniya - İtaliya görüşü başa çatıb.

Teleqraf.com xəbər verir ki, Helzenkirhen şəhərindəki "Feltins Arena"da gerçəkləşən oyunda "buğalar" minimal hesabla qalib gəliblər - 1:0.

İtaliya millisinin heyətində 55-ci dəqiqədə Rikkardo Kalafiori avtoqol müəllifi olub. İspaniya yığması bu qələbə sayəsində B qrupundakı xallarının 6-ya çatdıraraq 1/8 final mərhələsini özü üçün təmin edib.

***

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun İspaniya - İtaliya görüşündə hesab açılıb.

Teleqraf.com xəbər verir ki, Helzenkirhen şəhərindəki "Feltins Arena"da gerçəkləşən B qrupunun oyununda "buğalar" hesabda önə çxııblar.

İtaliya millisinin heyətində 55-ci dəqiqədə Rikkardo Kalafori avtoqol müəllifi olub.

***

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun İspaniya - İtaliya görüşü start götürüb.

Teleqraf.com xəbər verir ki, Helzenkirhen şəhərindəki "Feltins Arena"da başlayan B qrupunun oyununu sloveniyalı beynəlxalq dərəcəli hakim Slavko Vinçiç idarə edir.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər