3 İyul 10:36
464
12 Punto 14 Punto 16 Punto 18 Punto

AÇ-2024-ün 1/8 finalında Avstriyaya 2:1 hesabı ilə qalib gələn Türkiyə yığmasının qapıçısı Mert Günok oyunun son dəqiqələrində kritik qurtarış edib.

Teleqraf.com xəbər verir ki, o, matçın 90+4-cü dəqiqəsində rəqibin hesabı bərabərləşdirməsinə fürsət yaratmayaraq komandasının 1/4 finala çıxmasında böyük rol oynayıb.

Matçı birbaşa yayımlayan İctimai televiziyanın şərhçisi Tural Dadaşov həmin epizodu “İlahi müdaxilə” adlandırıb.

Sözügedən ifadə sosial şəbəkələrin Türkiyə seqmentində də maraqla qarşılanıb.

Oyunun taleyini həll edən həmin anın görüntüsünü təqdim edirik:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər