7 İyul 00:56
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa çempionatının 1/4 finalında Niderland - Türkiyə matçında Niderland millisi 2:1 hesabı ilə qələbə qazanıb.

Teleqraf.com xəbər verir ki, oyunda hesabı 35-ci dəqiqədə Samet Akaydının qolu ilə Türkiyə millisi açıb.

70-ci dəqiqədə Niderland millisinin üzvü Stefan De Vray bərabərlik qolunu vurub. 76-cı dəqiqədə isə Türkiyə yığmasının müdafiəçisi Mərt Müldür avtoqola imza atmaqla Niderlandı önə keçirib.

Niderlandın yarımfinalda rəqibi İngiltərə millisi olacaq.

***

00:35

Avropa çempionatının 1/4 finalında Niderland - Türkiyə matçında Niderland millisi hesabı 2:1 edib.

Teleqraf.com xəbər verir ki, bu dəfə 76-cı dəqiqədə Mərt Müldür avtoqola imza atıb.

***

00:31

Niderland - Türkiyə matçında birincilər hesabı bərabərləşdirdilər.

Teleqraf.com xəbər verir ki, 70-ci dəqiqədə Stefan De Vray komandasının bərabərlik qolunu vurub.

***

00:01

Niderland - Türkiyə matçında ikinci hissə başlayıb.

Teleqraf.com xəbər verir ki, Türkiyə yığması fasiləyə 1:0 üstünlüklə yollanıb. 35-ci dəqiqədə Samet Akaydın rəqib qapısına yol tapıb.

***

23: 50

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında Niderland - Türkiyə matçında ilk hissə bitib.

Teleqraf.com xəbər verir ki, oyunun 35-ci dəqiqəsində Samet Akaydın fərqlənərək, Türkiyəni önə keçirib.

***

23:37

Avropa çempionatının 1/4 finalında Niderland - Türkiyə matçında hesab açılıb.

Teleqraf.com xəbər verir ki, oyunun 35-ci dəqiqəsində Samet Akaydın fərqlənərək, Türkiyəni önə keçirib.

***

23:00

Almaniyada keçirilən Avropa çempionatının 1/4 finalında Niderland - Türkiyə matçına start verilib.

Teleqraf.com xəbər verir ki, oyunu fransalı baş hakim Klement Turpin idarə edir.

Matçın qalibi yarımfinalda İngiltərə millisi ilə qarşılaşacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər