30 Sentyabr 23:44
446
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barcelo"-nın sabiq oyunçusu Samuel Eto FİFA tərəfindən cəzalandırılıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qərarı FİFA-nın İntizam Komitəsi açıqlayıb.

Qərara əsasən, Samuel Etonun 6 ay müddətinə Kamerun millisinin oyunlarında iştirakına qadağa qoyulub.

Eto FİFA intizam məcəlləsinin nalayiq davranış və ədalətli oyun prinsiplərinin pozulması ilə bağlı iki maddəsi ilə təqsirli bilinir.

Sabiq futbolçuya qarşı sanksiyalar 2024-cü il sentyabrın 11-də Kamerun və Braziliya arasında keçirilən FİFA U-20 qadınlararası dünya çempionatının 1/8 final mərhələsində davranışına görə tətbiq edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər