7 İyul 00:44
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Milli Futbol Komandasının 2024-cü il Avropa çempionatında Niderlandla oyunu öncəsi azarkeşlər stadiona qədər yürüş keçirib.

Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, Breitscheidplatzdan başlayan yürüşə minlərlə türk azarkeş qatılıb.

Bölgədə sıx təhlükəsizlik tədbirləri görən polis qrupları türk azarkeşlərə toplu şəkildə gəzmək əvəzinə kiçik qruplar halında hərəkət etmələri barədə xəbərdarlıq edib. Daha sonra yürüyüş zamanı "Boz Qurd" salamı verən türk azarkeşlər polis tərəfindən saxlanılıb.

Berlin polis idarəsindən verilən açıqlamada türk azarkeşlərin yürüyüş zamanı siyasi mesajlar verdiyi bildirilib. Açıqlamadan sonra stadiona yürüş edən türkiyəli azarkeşlərin tək-tək irəliləməsinə və yalnız matç bileti olanların gedişinə icazə verildiyi qeyd olunub.


Müəllif: Arzu

Oxşar xəbərlər