2024-cü ildə uğurlu çıxışı ilə diqqət mərkəzinə düşən Dani Karvaxal ən yaxşı müdafiəçi seçilib.
Teleqraf.com xəbər verir ki, İspaniya millisinin təcrübəli müdafiəçisi 2023/24 mövsümünü dörd kubokla başa vurub.
Dani Karvaxal bu mövsüm çıxdığı oyunlarda yeddi qol və yeddi məhsuldar ötürmə ilə yadda qalıb. O bundan başqa AVRO-2024, Çempionlar Liqası, La Liqa və İspaniya Superkubokunu başının üzərinə qaldırıb.
Qeyd edək ki, Dani Karvaxal Çempionlar Liqasının son qolunu vurub və final görüşünün ən yaxşı oyunçusu seçilib.