19 İyul 17:47
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağıstanlı idmançı Həbib Nurməhəmmədov artıq Rusiyanı təmsil etmir.

Teleqraf.com xəbər verir ki, bunu sabiq UFC çempionu Konor Makqreqor deyib.

“O, Rusiyanı təmsil etmir. Borca ​​düşüb, sonra qaçıb. Mən onunla əlbəyaxa döyüşdə qarşılaşmaq istərdim, amma o, döyüşməyəcək", - Makqreqor bildirib.

Qeyd edək ki, Həbib Nurməhəmmədovun hesablarına həbs qoyulmasına səbəb onun 297 milyon rubl borcunun olması ilə bağlıdır. Bundan əvvəl dağıstanlı idmançıya məxsus bir neçə şirkət rəsmi sənədlərdə etibarsız məlumatlar təqdim etdiyi üçün bağlanmışdı.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər