10 Avqust 20:34
383
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında medal qazanmaq şansını itirib.

Teleqraf.com xəbər verir ki, 65 kq çəki dərəcəsində yarışan, üçqat dünya və dördqat Avropa çempionu olan idmançının 1/4 finalda məğlub olduğu Macarıstan təmsilçisi İsmail Muszukayev finala vəsiqə qazana bilməyib.

Nəticədə H.Əliyev də medal şansından məhrum olub.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər